FED.az Azərbaycanın aparıcı banklarından biri, kredit və bank xidmətləri bazarının aktiv iştirakçısı olan «Yelo Bank»ın gəlir mənbələrini təqdim edir.
«Unibank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Yelo Bank»ın ümumi gəlirləri 45 milyon 886 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində 10-cü yerdədir.
Hesabat dövründə (ilk 6 ayda) «Yelo Bank»ın gəlirlərinin böyük hissəsi – 37,6 milyon manatı və ya bütün gəlirlərin 82%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 2,5 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 6%-i deməkdir.
Əvəzində «Yelo Bank»ın valyuta əməliyyatlarından gəlirləri kifayət qədər yüksəkdir - 3 milyon manat və ya ümumi gəlirlərin 7%-i həcmində.
«Yelo Bank» qiymətli kağızlar bazarına elə də meylli leyil, buna görə də həmin istiqamətdən gəlirləri kiçikdir – cəmi 135 min manat.
Digər banklara və maliyyə təşkilatlara verilən kreditlərdən isə yarım milyon manatdan artıq gəlir əldə edilib.
Əvəzində bankın ümumilikdə 5% həcmində digər faiz və qeyri-faiz gəlirləri var – təqribən 2 milyon manat.
Ümumiyyətlə, «Yelo Bank»ın ümumi gəlirlərində faiz gəlirləri 86%, qeyri-faiz gəlirləri 14% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlirdə payı | 
| Kredit portfeli üzrə faiz gəliri | 37 581 | 82% | 
| QK-a investisiyadan gəlir | 135 | - | 
| Digər banklara depozitlərdən gəlirlər | 18 | - | 
| Digər banklara kreditlərdən gəlirlər | 527 | 1% | 
| Komissiya haqları | 2 488 | 6% | 
| Valyuta əməliyyatlarından gəlirlər | 3 028 | 7% | 
| Digər faiz gəlirləri | 1 338 | 3% | 
| Digər qeyri-faiz gəlirləri | 773 | 2% | 
| 
 | 
 | 
 | 
| CƏMİ GƏLİRLƏR | 45 886 | 100% | 




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








