“Yelo Bank” ASC kredit portfelini son 6 ayda 10% artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın cari ilin II rübündə kredit portfelinin həcmi 683,6 milyon manat olub. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 61,6 milyon manat, yaxud 9,9% çoxdur.
Bunun da 166,1 milyon manatını istehlak, 443,7 milyon manatını biznes, 73,7 milyon manatını daşınmaz əmlak kreditləri təşkil edib.
Ötən ilin sonundan bu yanadək istehlak kreditlərinin həcmi 16,2 milyon manat, yəni 10,8%, biznes kreditlərinin həcmi 47,7 milyon manat (12,0 artıb.
Ümumilikdə bu dövrdə mümkün zərərlər üçün 20 milyon 127 min manat həcmində ehtiyat vəsaiti yaradılıb. Müştərilərə 663 milyon 448 min manat xalis kredit verilib.