Bu ilin III rübündə "Yelo Bank"ın faiz gəlirləri 112,9 milyon manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu ötən ilin III rübü ilə müqayisədə 31,9 milyon manat və ya 39% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 98 milyon manatı müştərilərə verilmiş krediltərdən əldə olunub ki, bu da illik 20 milyon manata yaxın və ya 26% artıqdır.
Faiz xərcləri isə 8,3 milyon manat və ya 27% artaraq 39,3 milyon manat təşkil edib.
Faiz xərcinin də böyük hissəsini - 35,8 milyon manatını depozitlər üzrə faiz xərcıləri təşkil edib ki, bu da illik müqayisədə 8,8 milyon manat və ya 33% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 70,7 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 22,1 milyon manat və ya 46% çoxdur.