Bu ilin III "Yelo Bank" 897,8 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 133,6 milyon manat (17%) böyüyüb.
Onun da 259,4 milyon manatını istehlak, 556,8 milyon manatını biznes kreditləri, 81,7 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 51,8 milyon manat (25%), biznes kreditləri 73,6 milyon manat (15%), ipoetka kreditləri 8,1 milyon manat (11%) böyüyüb.
Ümumi kredit portfelinin 18,7 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 879,2 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 131,2 milyon manat, başqa sözlə 18% artım deməkdir.
Bununla yanaşı bu dövrdə istehlak kreditlərinin ümumi kredit portfelindəki payı 28,9%, biznes kreditlərinin payı 62%, ipoteka kreditlərinin payı isə 9,1% olub. Ötən ilin üçüncü rübündə istehlak kreditlərinin ümumi kredit portfelindəki payı 27,2%, biznes kreditlərinin payı 63,2%, ipoteka kreditlərinin payı isə 9,1% təşkil edib. İstehlak kreditlərinin payı ötən ilin sonu ilə müqayisədə 1,7% yüksəlib.