25 iyul 2022-ci il tarixində "Yelo Bank" ASC-nin baş ofisində səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: Bank sədri: «Cəmi bir ildə 70 milyon manat problemli krediti banka qaytardıq»
FED.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2021-ci ilin yekunları üzrə illik maliyyə hesabatının təsdiqi;
2. Yığıncağın gündəliyində duran digər məsələlər.
Yığıncaq Bankın Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən baş ofisində keçiriləcəkdir.
Qeyd edək ki, "Yelo Bank“ ASC-nin səhmdarları "Topaz İnvestments Limited” QSC (95.68%), “İSR Holdinq” MMC (0.10%) və Marina Kulişovadır (4.22%).