Bu gündən etibarən Xalq Bankın VİSA kartları üçün Android və xidməti dəstəkləyən WearOS cihazlarında Google Pay™ xidməti aktiv olacaq.
Eləcə də bax: Neft-qaz sənayesi işçiləri üçün "Xalq Bank"dan - SƏRFƏLİ KREDİT KAMPANİYASI!
Google Pay ödənişlərini həyata keçirmək üçün müştərilər kartlarını Azərbaycanda yeni istifadəyə verilmiş rəqəmsal pul kisəsi Google Wallet™-də saxlaya biləcəklər.
Google Pay kart sahiblərinə təmassız ödənişlərin qəbul edildiyi ticarət və xidmət obyektlərində, tətbiqlərdə və internet səhifələrində rahat, sürətli və təhlükəsiz ödənişlə alış-veriş etmək imkanı verən kartsız ödəniş üsuludur. Bu xidmətlə mağazalarda ödənişi həyata keçirmək üçün Android əməliyyat sistemini dəstəkləyən smartfonu cihaza yaxınlaşdırmaq kifayət edəcək.
Google Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat çoxsaylı təhlükəsizlik mərhələləri ilə qorunur. Əməliyyatların əsasında dayanan yüksək sənaye standartlarına cavab verən token hər cihaz üçün spesifikdir və hər bir əməliyyat üzrə dəyişən dinamik təhlükəsizlik kodu tətbiq edilir.
Google Pay-i sazlamaq çox asandır. Bunun üçün XalqOnline mobil tətbiqi üzərindən, yaxud Android cihazınızda Google Play Store-dan Google Wallet-i yükləyərək oradakı təlimatlara əsasən Xalq Bank kartını xidmətə əlavə etmək kifayətdir.