Ölkənin ən böyük banklarından biri olan Xalq Bank 2 sentyabr tarixdən bütün fiziki və hüquqi şəxslər üçün kreditləri daha sərfəli, kredit müddətini daha uzun, şərtləri daha sadə etdi.
Bankdan FED.az-a verilən məlumata görə, artıq Xalq Bankda istehlak kreditini illik 12 %-dən, avtomobil kreditini 15 %-dən (“Autolux Azərbaycan” şirkətinin təqdim etdiyi avtomobillərə illik 10 %), biznes kreditini manatla 10 %-dən, xarici valyutada 5 %-dən, daxili ipoteka kreditini isə 22 il müddətinə, illik 9 %-dən başlayan faiz dərəcələri ilə əldə etmək mümkündür. Bank qeyri-yaşayış sahələrinin ipotekasını illik 10 %-dən başlayan faiz dərəcəsi ilə 15 il müddətinə təklif edir. İstehlak kreditlərinin müddəti 72 ayadək, əməkhaqqı layihələri üzrə təminatsız kreditlərin məbləği 20 000 manatadək artırılır. Kredit komissiyası 0,1 % təşkil edir.
Xalq Bankın təqdim etdiyi kredit və digər məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən zəldə edə bilərsiniz.