Azərbaycanın aparıcı banklarından olan "Xalq Bank" II rübün nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki. bankın faiz gəlirləri 90,9 milyon manat olub. Faiz gəlirlərinin də böyük hissəsini, yəni 61,7 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 15,9 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 17,8 milyon manat və ya 24%, kreditlərdən əldə olunan gəlirlər 6,2 milyon manat və ya 11%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 9,3 milyon manat (2,4 dəfə) artıb.
Bankın faiz xərcləri isə 23.9 milyon manat olub ki, bu da son bir ildə 10,2 milyon manat və ya 75% çoxdur.
Bunun da 18,5 milyon manatı depozit portfeli xərclərinin payına düşüb ki, bu da illik müqayisədə 9,2 milyon manat və ya 98,9% çoxdur.
Beləliklə, "Xalq Bank"ın xalis faiz gəlirləri 67 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 7,6 milyon manat (13%) artım deməkdir.
"Xalq Bank"ın qeyri-faiz gəlirləri 20,2 milyon manat, xərcləri isə 44,5 milyon manat olub. Gəlirlər 2023-cü ilin II rübü ilə müqayisədə 6,8 milyon manat (51%), xərclər isə 9,6 milyon manat (28%) çoxdur.
Qeyri-faiz gəlirlərinin 12,2 milyon manatı haqq və komissiya gəlirləri təşkil edib. İllik müqayisə ilə haqq və komissiya gəlirləri 3,4 milyon manat (39%) artıb.
Xərclərin də 21,2 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin xərclərin payına düşüb. İllik müqayisə ilə müqayisədə əmək haqqı xərcləri 5 milyon manat (31%) artıb.
7,6 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra "Xalq Bank" II rübü 34 milyon manat mənfəətlə tamamlayıb.
"Xalq Bank" ötən il 3 milyon 95 min manat cəmi aktivlərə malik olub. Aktivlər son 6 ay ərzində 12 milyon manat (0,4%) böyüyüb.
Bankın kredit portfeli 64 milyon manat (3,5%) böyüyərək 1 milyon 891 min manata yüksəlib.
Öhdəliklərdə 38 milyon manat (1,5%) artım baş verib və 2 milyon 616 manat təşkil edib.
Hesabat dövründə bankın depozit portfeli 2 milyon 165 min manata, balans kapitalı isə 479,1 min manata bərabər olub.