Xəbər verildiyi kimi, “Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, 2023-cü ildən etibarən bankın idarə heyətinə yeni sədr təyin edilib.
“Unibank”ın rəhbərliyi dəyişir – SƏHMDARLAR QƏRAR VERDİ – BANKDAN AÇIQLAMA
FED.az xəbər verir ki, indiyədək bankın idarə heyəti sədrinin 1-ci müavini vəzifəsində çalışan Fərid Abuşov gələn ildən İdarə heyətinin sədri olacaq.
Unibank KB-nin İdarə Heyətinin yeni sədri Fərid Abuşov 2007-ci ildən, yəni artıq 15 ildən artıqdır ki, bank sektorunda çalışır. 2019-cu ilin iyun ayından Unibank komandasına qoşulub. O, Böyük Britaniyanın University College London (UCL) Universitetinin “İqtisadiyyat” və Royal Holloway Universitetinin “Ekonometrika və İqtisadiyyat” ixtisasları üzrə məzunudur.
İndiyədək Fərid Abuşov Azərbaycan Kredit Bürosu (AKB) Müşahidə Şurasının sədri vəzifəsində, eləcə də 2017-ci ildə fəaliyyətin dayandırmış «Dəmirbank» ASC-nin İdarə Heyəti sədri vəzifəsində, daha sonra isə Əmanətlərin Sığortalanması Fondunda (ADIF) Baş direktorun məsləhətçi kimi fəaliyyət göstərib.
Fərid Abuşovun vəzifəsində əvəz etdiyi Faiq Hüseynov isə Unibank yaranandan (2002-ci ildən) etibarən bankın İdarə Heyətinin sədri olub. Onun banka rəhbərlik etdiyi 20 il ərzində Unibank böyük nailiyyətlərə imza atıb.
1994-cü ildən başlayaraq bank sektorunda rəhbər vəzifələrdə çalışan Faiq Hüseynovun rəhbərliyi dövründə Unibank nüfuzlu beynəlxalq qurumlar tərəfindən 6 dəfə Azərbaycanda ilin ən yaxşı bankı nominasiyalarının qalibi olub.
Faiq Hüseynov Bankın Müşahidə Şurası sədrinin müavini təyin edilib.