Cari ilin III rübündə "Unibank" 1 milyard 143 milyon manat kredit portfelinə malik olub.
FED.az xəbər verir ki, kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 95,1 milyon manat (9%) böyüyüb.
Onun da 638,3 milyon manatını istehlak, 408,7 milyon manatını biznes kreditləri,95,8 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 10,7 milyon manat (2%), biznes kreditləri 79,3 milyon manat (24%), ipoetka kreditləri 5 milyon manat (6%) böyüyüb.
Ümumi kredit portfelinin 44 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 1 milyard 99 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 120,3 milyon manat, başqa sözlə 12% artım deməkdir.
Bununla yanaşı bu dövrdə istehlak kreditlərinin ümumi kredit portfelindəki payı 55,9%, biznes kreditlərinin payı 35,7%, ipoteka kreditlərinin payı isə 8,4% olub. Ötən ilin üçüncü rübündı istehlak kreditlərinin ümumi kredit portfelindəki payı 60%, biznes kreditlərinin payı 31,4%, ipoteka kreditlərinin payı isə 8,6% təşkil edib. Biznes kreditlərinin payı ötən ilin III rübünə nisbətən 4,3% yüksəlib.