“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Fərid Abuşov İdarə heyəti sədrinin birinci müavini təyin edilib.
Bankdan FED.az-a verilən məlumata görə, bu təyinatadək o, İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. Fərid Abuşov eyni zamanda “Unibank”ın İcraçı direktoru vəzifəsinə də təyinat alıb.
Fərid Abuşov 2007-ci ildən bank sektorunda çalışır. 2019-cu ilin iyun ayından Unibank komandasına qoşulub. O, Böyük Britaniyanın University College London (UCL) Universitetinin “İqtisadiyyat” və Royal Holloway Universitetinin “Ekonometrika və İqtisadiyyat” ixtisasları üzrə məzunudur.