TuranBank ASC və Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V fondu arasında “Cənubi Qafqaz və Ukraynada Mikro və Kiçik Sahibkarların (MKS) dayanıqlı inkişafı üçün kənd təsərrüfatının maliyyələşdirilməsinin təşviq edilməsi” layihəsi çərçivəsində Azərbaycanda kənd yerlərində maliyyə xidmətlərinin əldə edilməsi və istifadəsinin yaxşılaşdırılması ilə MKS-lərin aktiv iqtisadi iştirakını gücləndirmək istiqamətində saziş imzalanmışdır.
FED.az xəbər verir ki, layihə çərçivəsində Fond tərəfindən Bankımıza İstehlak, Mikro, Kənd təsərrüfatı kreditləri üzrə reytinq, skorinq metodologiyası və model nümunələri, həmçinin kredit, bazar və əməliyyat riskləri, müxtəlif növ risklərin müəyyən edilməsi və qiymətləndirmə modelləri üzrə yeni yanaşmalara dair, ümumilikdə və ya ayrılıqda stress-test edilməsini əks etdirən model nümunələri istiqamətində metodoloji dəstək xidmətləri göstəriləcək.
Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm “Deutsche Sparkassenstiftung für internationale Kooperatione.V” fondu ilə, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.
TuranBank
Bizimlə etibarlıdır...