Hər zaman müştəri məmnuniyyətini üstün tutan TuranBank 29 illiyi ərəfəsində kartlarla alış-verişinizi daha əyləncəli və qazanclı etdi.
12 iyun tarixində TuranBankın fəaliyyətinin 29 ili tamam olur. Bununla əlaqədar Bank müştərilər üçün möhtəşəm hədiyyə kampaniyasına start verir. 11-13 iyun tarixlərini əhatə edən üç günlük kampaniyanın şərtlərinə əsasən TuranBanka məxsus kartlarla POS-terminal vasitəsilə və ya onlayn ödənişlər etmiş hər 29-cu müştəri 29 AZN hədiyyə qazanacaq.
Kampaniya barədə daha ətraflı https://bit.ly/3itSbT2 linkinə keçidlə tanış ola bilərsiniz.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 17 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBankın rəsmi veb səhifəsini https://bit.ly/2QRt5C5 və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.