Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2022-ci ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır.
Eləcə də bax: "TuranBank" “Yaşıl Marafon 2022” çərçivəsində ağacəkmə aksiyasına - QOŞULDU
FED.az xəbər verir ki, real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən Bank cari ilin I rübünü 1 mln. manat mənfəətlə başa vurmuşdur.
2022-ci ilin I rübünün yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 25,8% və ya 153,9 mln. manat artaraq 751,6 mln. manat, o cümlədən müştərilərə verilmiş kreditlər 28,3% və ya 100,9 mln. manat artaraq 457 mln. manat təşkil etmişdir. Daim etibarlılıq prinsiplərinə sadiq qalan TuranBank-ın depozitlərinin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, 2022-ci ilin I rübündə cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 38,9% və ya 121,1 mln. artaraq 432,2 mln. manat, fiziki şəxslərin depozitləri isə 30,7% və ya 65 mln. artaraq 276,6 mln. manat təşkil etmişdir. Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 15.2% artaraq 94,9 mln. manat olmuşdur.
2022-ci ilin I rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirmişdir. Belə ki, TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında 3 il müddətinə 10 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır. Həmçinin institusional inkişafın dəstəklənməsi istiqamətində nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihəsini də uğurla tamamlamışdır. Bununla yanaşı, Bank Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V fondu ilə Azərbaycanda kənd yerlərində maliyyə xidmətlərinin əldə edilməsi və istifadəsinin yaxşılaşdırılması ilə Mikro və Kiçik Sahibkarların aktiv iqtisadi iştirakını gücləndirmək istiqamətində saziş imzalamışdır.
Bundan başqa, bazarın tələbini nəzərə alaraq rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atılmış, məsafədən göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilmişdir. 2022-ci ilin I rübü ərzində mobil əlavəsi üzərindən “Onlayn əmanət” xidməti istifadəyə verilməklə yanaşı, Azərcell abunəçiləri üçün mobil əlavəni internetsiz istifadə etmə imkanı da müştərilərin ixtiyarına verilmişdir. Bildirək ki, mobilbank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi kredit, əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 18 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı qeyd olunan keçidə daxil olaraq əldə edə bilərsiniz: https://bit.ly/3v4Vnar .
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...