2025-ci ilin 1-ci rübündə "Kapital Bank"ın faiz gəlirləri 260 milyon 116 min manata yüksəlib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə bu illik müqayisədə 68 milyon 887 min manat və ya 36% artım deməkdir.
Bank kredit faizlərindən gəlirləri 205 milyon 897 min manata bərabrə olub ki, bu da illik müqayisədə 51 milyon 300 min manat və ya 33% artıqdır. Ticarət və investisiya qiymətli kağızları isə «Kapitalbank»a 46 milyon 396 min manta yaxın gəlir gətirib. Bu gəlirlər illik müqayisədə 24 milyon 307 min manat (2,1 dəfə) artıb.