"Kapital Bank" ASC 2025-ci ilin 1-ci rübünün maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, bank ilk rübü 54 milyon 886 min manat xalis mənfəət ilə başa vurub. 15 milyon 896 min manat mənfəət vergisi ödəyib.
2025-ci ilin 1-ci rübündə "Kapital Bank"ın faiz gəlirləri 68 milyon 887 min manat və ya 36% artaraq 260 milyon 116 min manata yüksəlib.
Bank kredit faizlərindən gəlirləri 205 milyon 897 min manata bərabrə olub ki, bu da illik müqayisədə 51 milyon 300 min manat və ya 33% artıqdır. Ticarət və investisiya qiymətli kağızları isə «Kapitalbank»a 46 milyon 396 min manta yaxın gəlir gətirib. Bu gəlirlər illik müqayisədə 24 milyon 307 min manat (2,1 dəfə) artıb.
Qeyri-faiz gəlirləri isə 7 milyon 36 min manat və ya 5% artaraq 139 milyon 306 min manat təşkil edib.
Bunun da 125 milyon 867 min manatı alınan haqq və komissiya gəlirləri olub ki, bu da il ərzində 6 milyon 463 min manat (5%) çoxdur.
Hesabat dövründə "Kapital Bank"ın faiz xərcləri təxminən 2,1 dəfə və ya 49 milyon 474 min manat artaraq 95 milyon 355 min manata, qeyri-faiz xərcləri isə 42 milyon 392 min manat və ya 25,3% artaraq 210 milyon 119 min manata çatıb.
Faiz xərclərin böyük hissəsini - 66 milyon 451 min manatını depoitlər üzrə faiz xərclər təşkil edib ki, bu da illik müqayisədə 38 milyon 929 min manat (2,4 dəfə) çoxdur.
Qeyri-faiz xərclərin 66 milyon 216 min manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin, 21 milyon 361 min manatı ümumi və inzibati xərclərin, 12 milyon 34 min manatı amortizasiya xərclərinin, 110 milyon 509 min manatı digər xərclərin payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə əmək haqqı digər kompensasiya növləri üzrə xərclər 7 milyon 443 min manat (13%) ümumi və inzibati xərclər 6 milyon 768 min manat (46%), amortizasiya xərcləri 2 milyon 916 min manat (32%), digər xərclər isə 25 milyon 266 min manat (30%) artıb.
Bank bu dövrdə 93 milyon 946 min manat əməliyyat mənfəəti əldə edib.
2025-ci ilin 1-ci rübündə "Kapital Bank"ın cəmi aktivləri 12 milyard 448 milyon 104 min manat aktivlərə malik olub.
Aktivlər ötən ilin sonu ilə müqayisədə 1 milyard 75 milyon 834 min manat və ya 9,5% artıb.
O cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 5 milyard 338 milyon 917 min manata çatıb ki, bu da son 3 ay ərzində 127 milyon 709 min manat və ya 2,5% artım deməkdir.
Bundan da 3 milyard 6 milyon 644 min manatı istehlak kreditlərinin, 1 milyard 723 milyon 513 min manatı biznes kreditlərinin, 607 milyon 761 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
2024-cü ilin sonu ilə müqayisədə istehlak kredit portfeli 67 milyon 204 min manat (2,3%), biznes kreditlərinin həcmi 58 milyon 55 min manat (3,5%), ipoteka kreditlərinin həcmi 2 milyon 452 min manat (0,4%) artıb.
İlk rüdbdə "Kapital Bank"da depozitlər 25 milyon 549 min manat və ya 0,3% artaraq 9 milyard 3 milyon 883 min manata yüksəlib.
Məlumata əsasən onun da 3 milyard 152 milyon 924 min manatı fiziki, 5 milyard 850 milyon 959 min manatı hüquqi şəxslərin payına düşüb.
Əhalinin əmanətlərində 558 milyon 733 min manat (22%) artım baş verib.
Hesabat dövründə bankın balans kapitalı 79 milyon 422 min manat (9%) artaraq 1 milyard 7 milyon 365 min manata yüksəlib. Bölüşdürülməmiş mənfəətin həcmində isə 54 milyon 886 min manat (9%) artım baş verib və 654 milyon 200 min manat təşkil edib.