2025-ci ilin yekunlarına görə "Kapital Bank"-ın əmək haqqı və digər kompensasiya növləri üzrə xərcləri 304,8 milyon manata çatıb. Bu, bankın cəmi qeyri-faiz xərclərinin 30,9%-ni təşkil edir.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, bu xərclər bir ildə 48,8 milyon manat və ya 19,1% artıb.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə bankın bu maddə üzrə xərci 256 milyon manat idi.











