2025-ci ilin ilk 9 ayının yekunlarına görə "Kapital Bank"ın qeyri-faiz gəlirləri 463 milyon 557 min manat təşkil edib.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 milyon manat, yəni 4,9% artım deməkdir. Gəlirlərin artması əsasən alınan haqq və komissiya gəlirlərinin 18 milyon manat (4,5%) artaraq 415,2 milyon manata yüksəlməsi və digər gəlirlərin 4,8 milyon manat (73,8%) artaraq 11,3 milyon manata çatması ilə bağlıdır.
Buna qarşılıq, bankın xarici valyuta əməliyyatlarından gəliri 36,6 milyon manat təşkil edib. Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən əldə edilən gəlir 376 min manat olub.
Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bankın qeyri-faiz gəlirləri 442 milyon 44 min manat olub.














