Kapital Bank xaricdən cəlb etdiyi peşəkarın iştirakı ilə əməkdaşları üçün “Bir Design Meetup” tədbirini təşkil edib. 11 mart 2022-ci il tarixində baş tutan tədbirə bankın dizayn və müştəri təcrübəsinin araşdırması üzrə funksional sahəsində fəaliyyət göstərən əməkdaşlar qatılıblar.
Məhsul dizaynı üzrə funksional sahənin lideri olan Roman Pavlichuk Kapital Bank-ın məhsul dizaynı strategiyası, 2022-ci ildə tətbiq ediləcək yeniliklər barədə məlumatlar verib, həmçinin öz peşəkar təcrübəsini əməkdaşlarla paylaşıb. Əməkdaşları maraqlandıran sualları cavablandıran Roman, müasir trendlər, müştəri münasibətləri və məhsulların özəllikləri barədə də danışıb.
Məlumat üçün bildirək ki, Roman Pavliçuk beynalxalq təcrübəyə malik məhsul dizayneridir, Ecom və Fintech sahələri üzrə ixtisaslaşıb. 10 ildən artıqdır ki, dizayn komandalarını idarə edir. Tinkoff biznesdə komanda lideri olduğu müddətdə, müştərilər üçün şəxsi kabinetin dizaynını yaradıb. 2020-ci ildə Markswebb reytinq agentliyi interfeysin rahatlığını və funksionallığını təhlil edərək, onu sahibkarlar üçün onlayn banklar arasında birinci yerə layiq görüb.
Qeyd edək ki, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən olan Kapital Bank-da hazırda 4000-dən artıq əməkdaş çalışır. Əməkdaşlarının inkişafına, iş şəraitinin yaxşılaşdırılmasına töhfə vermək üçün bank daim müxtəlif yeni proqramlar və layihələr həyata keçirir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.