Ölkənin hazırda fəaliyyət göstərən banklar sırasında ilk kommersiya banklarından biri olan “Expressbank”, həmçinin kapital həcminə görə ilk 10 bank sırasında yer alır.
Geniş çeşiddə bank məhsulları ilə seçilən Expressbank-ın hazırda 15 filialı mövcuddur. Bütün müştərilərinin etibarlı tərəfdaşı olmağa çalışan Bank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşən filiallarında müştərilərə yüksək xidmət göstərir.
Bankın yaydığı məlumatda bildirilir ki, son illər ərzində artan depozit və kredit portfeli fiziki şəxslərin banka olan inamının bariz nümunəsidir. Belə ki, cari ilin yeddi ayı üzrə depozit portfeli 17.6 % artmış, 31 İyul tarixinə isə mənfəət 6 mln manat təşkil etmişdir. Bu göstəricilər bankın dayanıqlı inkişafını bir daha təsdiq edir.
Nüfuzlu beynəlxalq reytinq agentliyi olan Fitch Ratings 2021-ci ilin may ayında Expressbank-ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə (artıq 4-cü dəfə) təsdiqləyib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.