30 aprel 2021-ci il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbəti ümumi yiğincaği keçiriləcək.
FED.az xəbər verir ki, tədbir bankın baş ofisində, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında saat 12:00-da olacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
• Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağının katibinin seçilməsi
• Bank VTB (Azərbaycan) ASC-nin 2020-ci ilə olan maliyyə hesabatlığına baxılması
• Bank VTB (Azərbaycan) ASC-nin 2020-ci ilə olan mənfəətinin bölüşdürülməsi və dividentlərin ödənilməsinə dair təkliflərə baxılması