2023-cü ilin sonunda "Bank VTB Azərbaycan"ın depozit portfelinin həcmi 89 milyon 351 min manat olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Depozit portfelinin 65 milyon 305 min manatı fiziki, 24 milyon 45 min manatı hüquqi şəxslərin paylna düşüb.
Fiziki şəxslərin əmanətləri son bir ildə 1 milyon 512 min manat (2,4%) artıb.