Bank VTB Azərbaycan ASC-nin fiziki şəxslər üçün təklif etdiyi depozitin faiz dərəcəsi qaldırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bankın “Sərfəli əmanət” məhsulunun illik faiz dərəcəsinin maksimal həddi 1 faiz bəndi artırılıb. Yəni, illik ödəniş faiz dərəcəsi 11%-dən 12%-ə qədər yüksəldilmişdir.
Qeyd edək ki, kommersiya bankı bu əmanəti 3 aydan 36 ayadək təklif edir.
Əmanət 100 manat və ya dollarda, 5 000 rus rublundan minimal olaraq qəbul edilir.
“Bank VTB (Azərbaycan)” bu kreditləri manatda 100 min manatdan aşağı olduğu halda illik ödəniş faizi 10%, 100 min manatdan yuxarı olduqda isə 10.5% təklif edir.