Ötən il "Bank Respublika"da faiz gəlirləri 236 milyon 610 min manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bunun da 200 milyon 594 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb.
Faiz gəlirləri son bir ildə 48 milyon 864 min manat (25%) , kreditlərən əldə edilən gəlirlər hesabına formalaşan faiz gəlirləri isə 36 milyon 319 min manat (22%) artıb.
Faiz xərcləri 13 milyon 364 min manat (18%) artaraq 86 milyon 74 min manata yüksəlib.
Beləliklə, xalis faiz gəlirləri 150 milyon 536 min manat olub ki, bu da illik müqayisədə 33 milyon 501 min manat və ya 29% çoxdur.