21 yanvar 2026-cı il tarixində saat 12:00-da "Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində olacaq.
Gündəlikdəki məsələlər isə aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. "Bank Respublika" ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi haqqında.
4. Xalis mənfəətinin bölüşdürülməsi haqqında.











