"Bank Respublika"ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 29 avqust 2022-ci il saat 12:00-da Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın baş ofisində keçiriləcək.
Eləcə də bax: “Bank Respublika” böyük mənfəət açıqladı - 38,8 MİLYON MANAT!
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. "Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2021-ci il üzrə illik hesabatının təsdiqi.