Mayın 22-də "Bank Respublika" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az banka istinadən xəbər verir ki, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın baş ofisində keçiriləcək toplantıda aşağıdakı məsələlər müzakirə olunacaq:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2022-ci il üçün Kənar audit yoxlamasının nəticələri haqqında.
4. "Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2022-ci il üzrə illik hesabatının təsdiqi.