Ölkənin aparıcı bankı Bank of Baku müzəffər ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda icra olunacaq quruculuq və bərpa işlərinə töhfə vermək məqsədilə “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürdü.
Eləcə də bax: "Moody’s" agentliyi "Bank of Baku"nun - REYTİNQİNİ YÜKSƏLTDİ!
Qeyd edək ki, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmışdır.
Məlumat üçün bildirək ki, II Vətən müharibəsində qələbə çalmış Azərbaycan Ordusuna, bu qələbəni qazandıran qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək olmaq istəyən hər kəs DostBank mobil tətbiqi vasitəsilə Silahlı Qüvvələrə Yardım Fonduna və YAŞAT Fonduna həm debet və ya kredit kartlarından, həm də topladıqları BONUS-lardan istədikləri vəsaiti köçürə bilərlər.
Daha ətraflı:
145 Məlumat Mərkəzi