Dövlət bankı Azər Türk Bank «Rəqəmsal» adlı yeni filialını müştərilərin istifadəsinə verdi.
Eləcə də bax: "Azər Türk Bank" “Mərkəz” filialını yeni konsepsiyada qurur
FED.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 99 ünvanda yerləşən filial Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir.
Filial pərakəndə satış bazarında modernləşdirilmiş məhsul və xidmətləri təqdim edərək fəaliyyət göstərir.
Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda bankın müştərilərinə müxtəlif növ kreditlər, ödəniş kartları, əhalidən əmanətlərin qəbulu, cari hesablar üzrə əməliyyatlar da daxil olmaqla geniş bank xidmətləri göstərilir.
Müştərilərin burada terminallar və kompyuterlərdən özünəxidmət üçün istifadə etməklə, istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur. Bundan başqa,Bankın yenilənmiş ATB360 mobil əlavəsi də istifadəçilərin ixtiyarına verilmişdir. Mobil əlavə ilkin olaraq test rejimində təqdim olunur.
Qeyd edək ki, tezliklə Bankın «Mərkəz» filialı da yeni ünvanda öz fəaliyyətini eynilə bu konsepsiya üzərində davam etdirəcəkdir.
Azər Türk Bank yaxın gələcəkdə klassik bank modelindən uzaqlaşmaq, modernləşdirilmiş elektron filiallar qurmaq niyyətindədir.
Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənmiş xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verəcəkdir.
Daha ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.