“Azər Türk Bank” cari ilin 3-cü rübün maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 45,6 milyon manat, faiz xərcləri 15,1 milyon manat olub.
Faiz gəlirləri illik müqayisədə 22,1 milyon manat (94,5%), xərcləri isə təxminən 7,8 milyon manat (2,1 dəfə) artıb.
Beləliklə xalis faiz gəlirləri 30 milyon 505 min manat təşkil edib. Bu da illik müqayisədə 14 milyon 358 min manat (88,9%) artım deməkdir.
Bankın qeyri-faiz gəlirləri 22 milyon 68 min manat, xərcləri isə 35 milyon 830 min manat təşkil edib.
Gəlirlər 1 milyon manat (4,8%), xərclər isə 6,2 milyon manat (20,9%) artıb.
Bankın əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri 14 milyon 202 min manat, ümumi inzibati xərcləri 4 milyon 399 min manat, amortizasiya xərcləri 2 milyon 342 min manat, digər xərcləri 14 milyon 887 min manat təşkil edib.
Beləliklə “AzərTürk Bankın” 3-cü rübü 10 milyon 499 min manat xalis mənfəətlə yekunlaşdırıb. Xalis mənfəəti həcmi ötən illə müqayisədə 3,4 dəfədən çox artıb. Belə ki, bank keçən ilin müvafiq dövründə 3 milyon 79 min manat xalis mənfəət əldə etmişdi.
Bank 2 milyon 500 min manat mənfəət vergisi ödəyib.
“Azər Türk Bankın ”ın aktivləri cari ilin 3-cü rübü üçün 863,3 milyon manat təşkil edib.
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 133,1 milyon manat, ticarət və investisiya qiymətli kağızları isə 61,9 milyon manat olub.
Bankın kredit portfeli 434,9 milyon manat təşkil edib ki, bunun da 220,7 milyon manatı, istehlak, 43,4 milyon manatı biznes 170,8 milyon manatı isə daşınmaz istehlak kreditlərinin payına düşüb.
Kredit portfeli son doqquz ayda 113,2 milyon manat (35,2%), istehlak kreditləri 77,3 milyon manat (53,9%), biznes kreditləri son doqquz ayda 8,1 manat və ya 23,1%, daşınmaz əmlak kreditləri isə 27,8 milyon manat (19,4%) artıb.
"Azər Türk Bank"ın öhdəlikləri 782,5 milyon manat təşkil edib ki, bu göstərici də 2022-ci ilin son rübü ilə müqayisədə 113,3 milyon manat, yaxud 12,6% artım deməkdir.
Bankın depozit portfeli 422 milyon manat təşkil edib. Bu göstərici ötən ilin sonu ilə müqayisədə 36,9 milyon manat (9,6%) artıb.
Depzoit portfelinin də 201,8 milyon manatdan çoxu fiziki şəxslərin, 220,1 milyon manatdan çoxu hüquqi şəxslərin payına düşür. Fiziki şəxslərin depozitləri 643 min manat (0,3%), hüquqi şəxslərin depozitləri isə 36,3 min manat (19,8%) artıb.
“Azər Türk Bank” üçüncü rübdə 80 milyon 797 min manat kapitala malik olub. Kapitalın həcmi 11 milyon 83 min manat (15,9%) artıb.
Bölüşdürülməmiş mənfəətin həcm isə 25 milyon 905 min manat təşkil edib. Bu mənfəət 10 milyon 499 min manat (68,1%) artıb.