Dövlət bankı Azər Türk Bankın xidmət şəbəkəsində daha bir yeni innovativ ofis fəaliyyətə başladı.
Bakı şəhəri, Neftçilər prospekti 67 ünvanda, Bakı Funikulyoruna yaxın ərazidə yerləşən bu filialda bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.
Müştərilərin burada terminallar və kompüterlərdən özünəxidmət üçün istifadə etməklə, bank xidmətlərini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır.
Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda bankın müştərilərinə müxtəlif növ kreditlər və ödəniş kartlarının əldə edilməsi daxil olmaqla hər cür bank xidmətləri göstərilir.
Azər Türk Bankın qurduğu ekosistem ən müasir sistemləri, bank məhsul və xidmətlərini yenilənən xidmət şəbəkəsi vasitəsilə müştərilərə təqdim etməyə imkan verir.
Yaxın zamanlarda Bankın eynilə bu konsepsiya üzərində daha dörd filialının istifadəyə veriləcəyi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Azər Türk Bank son dövrdə “Rəqəmsal”, “Rəqəmsal 2” adlı innovativ ofislərini müştərilərin ixtiyarına vermişdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.