Azərbaycanın aparıcı banklarından olan “ATB Bank” 2023-cü ilin IV rübünün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 62 milyon 517 min manat, xərcləri isə 19 milyon 945 min manat olub.
İllik müqayisədə gəlirlər 27 milyon 264 min manat, yəni, 77,3%, xərclər isə 8 milyon 878 min manat 80,2% artıb.
Faiz gəlirlərinin 42 milyon 271 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 15 milyon 365 min manat (56,2%) çoxdur.
Bankın xalis faiz gəlirləri isə 42 milyon 572 min manat təşkil edib. Bu da son bir ildə 18 milyon 385 min manat və ya 76% çoxdur.
Bankın qeyri-faiz gəlirləri 30 milyon 46 min manat, xərcləri isə 49 milyon 330 min manat olub.
Xərclərin 19 milyon 611 min manatı əmək haqqı, 19 milyon 611 min manatı ümumi və inzibati xərclər, 3 milyon 263 min manatı amortizasiya xərcləri, 6 milyon 546 min manatı digər xərclərin payına düşüb.
2022-ci ilin son rübü ilə müqayisədə əmək haqqı xərcləri 5 milyon 293 min manat (19,5%), ümumi və inzibati xərclər 3 milyon 249 min manat (8,5%), amortizasiya xərcləri 857 min manat (35,6%), digər xərcləri isə 411 min manat (17,6%) artıb.
Bank 3 milyon 839 min manat mənfəət vergisi ödənişindən sonra 2023-cü ilin son rübünü 14 milyon 41 min manat xalis mənfəətlə başa vurub.
Xalis mənfəət əvvəlki illə müqayisədə 3 milyon 21 min manat və ya 27,4% artıb.
2023-cü ilin son rübündə “ATB Bank” 995 milyon 536 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 30 milyon 379 min manat (3,1%) artıb.
Bankın kredit portfeli 447 milyon 399 min manat təşkil edib ki, onun da 229 milyon 304 min manatı istehlak, 47 milyon 305 min manatı biznes, 170 milyon 790 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
İllik müqayisə ilə ümumi kredit portfeli 125 milyon 676 min manat (39,1%), istehlak kreditləri 85 milyon 829 min manat (59,8%), ipoteka kreditləri isə 27 milyon 778 min manat (19,4%) böyüyüb.
Bankın öhdəlikləri də 15 milyon 49 min manat (1,7%) artaraq 911 milyon 32 min manata, depozit portfeli isə 99 milyon 578 min manat (25,9%) artaraq 484 milyon 586 min manata yüksəlib.
Depozit portfelinin 214 milyon 432 min manatı fiziki şəxslərin, 270 milyon 154 min manatı isə hüquqi şəxslərin depozitləri olub. Onlar da müvafiq olaraq 13 milyon 237 min manat (6,6%) və 86 milyon 341 min manat (47%) artıb.
“ATB Bank”ın kapitalı 15 milyon 330 min manat, başqa sözlə 22,2% artaraq 84 milyon 504 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəəti həcmi 14 milyon 61 min manat (91,3%) artaraq 29 milyon 467 min manat olub.