Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2024-cü il tarixinə aktivləri 995,5 milyon manat səviyyəsində olmuşdur.
FED.az xəbər verir ki, bankın kredit portfelinin həcmi 447,4 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 40% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 92,5 milyon manat, xərcləri 78,5 milyon manat olmuşdur.
2023-cü ildə Azər Türk Bank 14 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 28% çoxdur.
Bankın məcmu kapitalının həcmi 25% artaraq, 78,5 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 911 milyon manat səviyyəsindədir.
Əhali tərəfindən Banka 214,5 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 483 milyon manat həcmində depozit cəlb etmişdir.
S&P Global Ratings beynəlxalq reytinq agentliyi Azər-Türk Bankın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini B+/B səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz “sabit”dir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.