"AccessBank" ASC 2024-cü ilin ilk rübünün maliyyə göstəricilərini elan edib.
- Bank BTB 2024-ün ilk rübünü müsbət nəticələrlə başa vurub, xalis əməliyyat mənfəəti - 7.4 DƏFƏ ARTIB
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank bu rübü də xalis mənfəətlə başa vurub - 16 milyon 522 min manat. Xalis mənfəət 2023-ci ilin 1-ci rübü ilə müqayisədə 11 milyon 602 min manat (3 dəfə) artıb. Bank bu dövrdə mənfəət vergisi ödənişi etməyib.
Bu dövrdə bankın faiz gəlirləri 53 milyon 99 min manat, xərcləri isə 19 milyon 929 min manat təşkil edib. Gəlirlər 10 milyon 439 min manat (24%), xərclər isə 3 milyon 373 min manat (20%) artıb.
Beləliklə, xalis faiz gəlirləri 33 milyon 170 min manat olub ki, bu da illik müqayisədə 7 milyon 66 min manat (27%) çoxdur.
Qeyri-faiz gəlirləri 4 milyon 111 min manat. xərcləri isə 21 milyon 153 min manat olub.
Qeyri-faiz gəlirlərinin 3 milyon 546 min manatını isə alınan haqq və komissiya gəlirləri təşkil edib.
Xərclərin 10 milyon 544 min manatını əmək haqqı, 5 milyon 367 min manatını ümumi və inzibati, 1 milyon 831 min manatını amortizasiya, 3 milyon 311 min manatını isə digər xərclər təşkil edib.
İllik müqayisədə əmək haqqı xərcləri 694 min manat (7%), ümumi və inzibati xərclər 720 min manat (15%), amortizasiya xərcləri 88 min manat (5%) artıb.
"AccessBank" ASC-nin aktivləri ilk rübdə 1 milyard 374 milyon 140 min manat təşkil edib
Bankın kredit portfeli 21 milyon 716 min manat (2%) böyüyərək 1 milyard 35 milyon 481 min manata çatıb.
Kredit portfelinin 225 milyon 595 min manatını istehlak, 801 milyon 566 min manatını biznes, 8 milyon 20 min manatını isə ipoteka kreditləri təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə biznes kreditlərində 21 milyon 521 min manat (3%), daşınmaz əmlak kreditlərində isə 1 milyon 837 min manat (30%) artım qeydə alınıb.
"AccessBankın öhdəlikləri 1 milyard 220 milyon 383 min manat təşkil edib.
Bu dövrdə depozit portfeli 965 milyon 388 min manat olub ki, onun da 809 milyon 606 min manatını fiziki şəxslərin, 155 milyon 782 min manatını isə hüquqi şəxslərin əmanətləri təşkil edib.
Hesabat dövründə bankın kapitalı 153 milyon 757 min manat təşkil edib ki, bu da illik müqayisədə 16 milyon 642 min manat (12%) çoxdur.