"AccessBank" ASC 2023-cü ilin maliyyə göstəricilərini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank ötən rübü də xalis mənfəətlə başa vurub - 39 milyon 838 min manat. Xalis mənfəət 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 24 milyon 801 min manat (2,6 dəfə) artıb. Bank bu dövrdə mənfəət vergisi ödənişi etməyib.
Bu dövrdə bankın faiz gəlirləri 195 milyon 339 min manat, xərcləri isə 73 milyon 317 min manat təşkil edib. Gəlirlər 54 milyon 784 min manat (39%), xərclər isə 16 milyon 336 min manat (29%) artıb.
Beləliklə, xalis faiz gəlirləri 122 milyon 22 min manat olub ki, bu da illik müqayisədə 38 milyon 448 min manat (46%) çoxdur.
Qeyri-faiz gəlirləri 17 milyon 878 min manat. xərcləri isə 83 milyon 207 min manat olub ki, onlarda 2022-ci ilin göstəricilərində müvafiq olaraq 4 milyon 800 min manat (37%) və 10 milyon 889 min manat (15%) çoxdur.
Xərclərin 40 milyon 706 min manatını əmək haqqı, 20 milyon 299 min manatını ümumi və inzibati, 7 milyon 276 min manatını amortizasiya, 14 milyon 872 min manatını isə digər xərclər təşkil edib.
İllik müqayisədə əmək haqqı xərcləri 4 milyon 192 min manat (11%), ümumi və inzibati xərclər 4 milyon 658 min manat (30%), amortizasiya xərcləri 945 min manat (15%), digər xərcləri isə 1 milyon 94 min manat (8%) artıb.
"AccessBank" ASC-nin aktivləri son rübdə 1 milyard 392 milyon 287 min manat təşkil edib ki, bu da illik müqayisədə 223 milyon 432 min manat (19%) çoxdur.
Bankın kredit portfeli 200 milyon 216 min manat (25%) böyüyərək 1 milyard 13 milyon 765 min manat təşkil edib.
Kredit portfelinin 227 milyon 537 min manatını istehlak, 780 milyon 45 min manatını biznes, 6 milyon 183 min manatını isə ipoteka kreditləri təşkil edib.
İllik müqayisədə istehlak kreditlərində 53 milyon 322 min manat (31%), biznes kreditlərində 146 milyon 28 min manat (23%), daşınmaz əmlak kreditlərində isə 866 min manat artım qeydə alınıb.
"AccessBankın öhdəlikləri 190 milyon 79 min manat (19%) artaraq 1 milyard 255 milyon 172 min manata, depozit portfeli isə 191 milyon 521 min manat (22%) artaraq 1 milyard 21 milyon 575 min manata yüksəlib.
Depozit portfelinin 842 milyon 466 min manatını fiziki şəxslərin, 209 milyon 109 min manatını isə hüquqi şəxslərin əmanətləri təşkil edib. Fiziki şəxslərin əmanətləri 123 milyon 453 min manat (17%), hüquqi şəxslərin əmanətləri isə 68 milyon 68 min manat (48%) artıb.
Hesabat dövründə bankın kapitalı 137 milyon 115 min manat təşkil edib ki, bu da illik müqayisədə 24 milyon 353 min manat (22%) çoxdur.