Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin yanvar-sentyabr aylarında nə qədər mənfəət və zərər etdikləri məlum olub.
FED.az-bu ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayan bankların mənfəət zərər göstəricilərini təqdim edir.
Eləcə də bax: Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Qeyd edək ki, qaydalara görə, ölkə bankları 3-cü rüb üzrə hesabatlarını oktyabr ayı ərzində açıqlamalıdırlar. 30 bankdan 27-si hesabatını artıq açıqlayıb. Digər 3 bankın da bu gün hesabat açıqlayacağı gözlənilir.
İndiyədək açıqlanan hesabatlara əsasən, bankların əksəriyyəti mənfəətdədir.
Eləcə də bax: Azərbaycan banklarının - BEYNƏLXALQ REYTİNQLƏRİ – 2019 - SİYAHI
Ən byöük mənfəəti olan bankların sırasına Azərbaycan Beynəlxalq Bankı başçılıq edir – 323 milyon manat. İlk üçlüyə «Unibank» da daxil olub – 66,8 milyon manat.