“Azərpoçt” MMC tərəfindən 22 aprel 2019-cu il tarixindən etibarən “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələrək vətəndaşların kompensasiyalarının ödənilməsinə başlanılacaq.
Kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə “Azərpoçt” MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcəkdir. Fəaliyyətdə olan bankların müştərilərinə isə həmin banklar vasitəsilə kompensasiya ödəniləcəkdir.
Azərpoçt tərəfindən 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini ödəniş kartlarına köçürməklə, 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar isə pul köçürməsi yolu ilə veriləcəkdir. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaqdır.
Kompensasiya ödənişlərinin edilməsi məqsədilə fiziki şəxslər növbəlilik prinsipi əsasında kompensasiyanın veriləcəyi yer, tarix və zəruri sənədlər barədə “Azərpoçt” MMC tərəfindən əvvəlcədən SMS vasitəsi ilə məlumatlandırılacaqdır. Bundan başqa, fikizi şəxslər www.azerpost.az rəsmi internet səhifəsindən kompensasiya alacaqları "Azərpoçt"un şöbəsini və ünvanını öyrənə bilərlər.
Kompensasiya ödənişi ilə əlaqədar poçt şöbələrində vətəndaşlara operativ şəkildə xidmət göstərilməsi üçün ayrıca sahə müəyyən olunmuş və müvafiq əməkdaşlar ayrılmışdır.
Problemli kreditlərlə bağlı - “AZƏRPOÇT”-DAN AÇIQLAMA
21:11
19 Aprel 2019