Yapı Kredi-Bank Azərbaycan-ın problemli kreditlərinin həcmi 45 milyon manatdır. FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalma deməkdir.
Bankın açıqladığı məlumatlara əsasən, vaxtı keçmiş kreditlərin bir hissəsi qaytarılsa da kredit portfeində payı artıb. Belə ki, 2017-ci ilin 31 mart tarixinə olan məlumata görə, Yapı-Kredi Bank Azərbaycanın vaxtı keçmiş kreditlərinin həcmi portfeldə 26 faiz təşkil edirdisə, hazırda bu rəqəm 31,3% təşkil edir.
Düzdür, bu göstərici 2017-ci ilin dördüncü rübündə 33.2% təşkil edirdi və ötən 3 ayda azalma müşahidə olunub.
Qaytarılmayan kreditlərin böyük hissəsi istehlak kreditləridir. Bundan sonrakı yerləri isə ticarət və sənaye sahəsinə verilən kreditlər təşkil edir. Bankın kredit portfelinin ümumi həcmi isə 144 milyon 242 min manatdır.
Problemli kreditlərin portfeldə payı artdı
14:37
27 Aprel 2018