2019-cu ildə «Paşa Bank»ın problemli kreditləri artıb.
FED.az xəbər verir ki, ökənin ən böyük özəl bankının kredit portfelinin 95%-dən çoxu Bakı şəhərinin payına dühür.
Eləcə də bax: «Paşa Bank»ın mənfəəti azalıb – HESABAT
«Paşa Bank»ın maliyyə hesabatına əsasən, 2019-cu ilin yekununda bankın problemli kredit portfeli 2018-ci illə müqayisədə 54,2 milyon manat və 40% artaraq 190,4 milyon manata çatıb. Xatırladaq ki, 2018-ci ildə bankın problemli kreditləri 136,2 milyon manat olmuşdu.
Bankın problemli kreditlərinin 2,8%-i və ya 51,3 milyon min manatını vaxtı keçmiş kreditlər, 7,7%-ni və ya 139,2 milyon manatını qeyri-standart kreditlər, o cümlədən 6,7%-ni və ya 121 milyon manatı qeyri-qənaət bəxş kreditlər 0,1%-ni və ya 2,3 milyon manatını təhlükəli kreditlər, 0,9% və ya 15,9 milyon manatı ümidsiz kreditlər təşkil edib.
Nəticədə bankın problemli kreditlərinin ümumi kredit portfelində payı 10,5%-ə çatıb (2018-də 9,9% idi).
«Paşa Bank»ın kredit portfelinin böyük hissəsini biznes kreditlər təşkil edir. Bankın hesabatına görə, bunlar tikinti (316,8 milyon manat), qeyri-istehsal və xidmət (358,8 milyon manat), ticarət (279,3 milyon manat), kənd təsərrüfatı (194,4 milyon manat), sənaye (179,3 milyon manat) və sair.
Bankın ən çox vaxtı keçmiş kreditləri kənd təsərrüfatına verdiyi kreditlərdə olub. Belə ki bank bu sahəyə 194 milyon 361 min manat kredit verib ki, bunun da 17,7%-nin və ya 34 milyon 528 min manatının vaxtı keçib. İkinci bankın ən çox vaxtı keçmiş kreditləri ticarət sahəsində olun bank bu sahəyə 279 milyon 329 min manat kredit verib, bunun da 3,1%-nin və ya 8 milyon 870 min manatının vaxtı keçib.
Kreditlərin bölgələr üzrə bölgüsünə gəldiksə isə bank ən çox krediti Bakıda verib 1 milyard 712 milyon manat və ya ümumi kreditlərin 95,2%-i. Bu kreditin 06,% və ya 10,2 milyon manatı, Gəncədə verilən 40,2 milyon manat kreditin 30,5%-i və ya 12,3 milyon manatı, Zaqatalada isə verilən 47,1 milyon 111 min manat kreditin 0,03%- və ya 13 min manatı qeyri-işlək kreditlərin aktiv qalıqlarıdır.
2019-cu ildə “Paşa Bank”ın kreditlər üzrə yaradılmış ehtiyatları 64,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon manat və ya 6,4% çoxdur. Qeyd edək ki, 2018-ci ildə bu rəqəm 60,7 milyon manat olmuşdu. Bankın 2019-cu ildə kreditlər üzrə yaradılmış ehtiyatları ümumi kredit potfelinin 3,6% -ni təşkil edib.