Ölkə sahibkarları bankları krelit ayırmamaqda haqlı-haqsız ittiham edirlər, amma bəzi hallarda krelitin ayrılmamasına səbəb iş adamlarının biznes planlarının düzgün tərtib edilməmçsi və fəaliyyətinin şəffaf olmamasıdır.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri İbrahim Alışov bildirib.
Eləcə də bax: Maliyyə Palatasının Rəhbərliyindən – BANK RƏHBƏRLİYİNƏ – MÜHÜM TƏYİNAT
Palata rəhbəri bildirib ki, Azərbaycanda bankların kredit verməməsi üsün heç bir səbəb və maliyyə çətinlikləri yoxdur: «Hazırda ölkə banklarında 8,2 milyard manat sərbəsi vsaitlər var ki, banklar bu pulları kredit kimi ayıra bilərlər».
Palata rəhbəri xatırladıb ki, prezidknt İlham Əlmyevin problemli kreditlərin həlli ilə bağıl fərmanı nəticəsində də banklardakı qeyri işlək aktivlər yenidən dövriyyəyə qayıdıb, üstəlik kompensasiya olaraq anklara 209 milyon manat vəsait ödənilib: «Baxın, bir tərəfdə bankların 8,2 milyard aktivi var, əlavə də, 630 milyon manat gəldi. Resturkturizasiya məqsədilə AMB də banklara 100 milyon manat ödəyib».
Başqa sözlə, Palata rəhbərinin sözlərinə görə, hazırda ölkə banklarının kreit ayırmaq üçün maliyyə çətinliyi yozxdur. İbrahim Alışov bildirir ki, hazırda əsasç məsələ kiçik və orta biznesin şəffaf işləməsi və banklara düzgün biznes planmtəqdim etməsidir: «Kiçik və orta biznesdən xahişimiz odur ki, banklara kredit üçün müraciət edəndə real müraciət etsinlər və biznes planların əsaslandırsınlar».
Ölkə banklarının biznes kredit portfelinin detallarını açıqlayan Palata rəhbəri xatırladıb ki, banklar il ərzində 3,9 milyard manat biznes kredit veriblər, amma bu il verilən kreditlərin 61%-inin məbləği 1 milyon manatdan artıqdır. Bu göstərici kisik biznesin şəffaflığında böyük problemləri olduğunu göstərir: «Ona görə də KOB-lara təklif edirik ki, bizneslərini şəffaflaşdırsınlar, çünki biznes şəffaf olmasa, bankların qeyri-şəffaf biznesə kredit vermələri qeyri-mümkündür».