Azərbaycanın bank sektorunda yeni mühüm təyinat baş tutub.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin üzvü, Palatanın hüquq və icraat departamentinin rəhbəri Əfqan Baxışov kommersiya bankına təyinat alıb.
Eləcə də bax: “Unibank”ın sədr müavini "PAŞA Bank Gürcüstan"ın rəhbərliyinə - TƏYİNAT ALIB
Ə.Baxışov fəaliyyətini ölkənin aparıcı banklarından biri olan «AccessBank»da davam etdirəcək.
FED.az-ın əldə etdiyi məlumata görə, Ə.Baxışov bankın icraçı direktoru təyin edilib.