Plastik kartla ödənişlər heç vaxt olmadığı qədər bu günlər aktualdır. Xüsusi ilə bu ödənişlər təmassız baş verərsə.
Eləcə də bax: "Expressbank"dan uğur hekayəsi - Aztəminatlı ailədən Biznes sahibliyinə aparan yol!
FED.az xəbər verir ki, müştərilərinə hər zaman xüsusi qayğı ilə yanaşan “Expressbank” nəinki kart vasitəsi ilə təmassız ödəniş imkanı, üstəlik onlayn ödənişlər zamanı cashback də təklif edir. Beləcə, Expressbank-ın kart sahibləri sifarişlərini onlayn həyata keçirməklə həm özlərinin, həm də yaxınlarının sağlamlığını qorumaqla yanaşı, əlavə pul da qazanmış olurlar.
Müştərilər də bu imkanı yüksək qiymətləndirir və müxtəlif sifarişlər zamanı Expressbank-ın tərəfdaşlarına daha çox üstünlük verirlər. Belə tərəfdaşlar qismində Expressbank kart sahiblərinə cashback qaytaran Anadolu restoranlar şəbəkəsi, Dadım, Pizza-Mizza, Dominos pizza, Pizza Hut kimi tərəfdaşlar xüsusi yer tutur. Evdə vaxtını səmərəli keçirmək istəyən müştərilər isə Alinino.az saytı vasitəsi ilə onlayn kitab sifariş edərək biliklərini artırır, dünya görüşlərini genişləndirirlər.
Expressbank hər hansı iş üçün evini tərk etməli olan insanları da unutmur və onlara taksi xidmətlərinə 189 taxi və Enar taxi-dən 5%, 188 və 166 yükdaşıma xidmətlərinə isə 10% cashback təklif edir.
“Expressbank” bu və daha çox xidmətlərdən yararlanaraq həm də əlavə gəlir qazanmaq istəyən müştərilərə “Expressclub”un bütün tərəfdaşlarına dair məlumatı əks etdirən “Expressclub” mobil əlavəsini də təqdim edir (yükləmək üçün link: https://www.expressbank.az/expressclub-app). Qeyd edək ki, əlavəni yükləyən hər kəs kampaniya və endirim xəbərlərindən faydalana və tərəfdaşların ünvanlarını daha asanlıqla tapa bilər.
“Expressclub”un üzvü olmaq və hər alış-verişdən pul qazanmaq üçün “Expressbank”ın istənilən plastik kartına sahib olmaq kifayətdir. Kartın əldə olunması üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya https://www.exb.az/ vasitəsi ilə onlayn sifariş etmək mümkündür.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.