“Azərbaycan Beynəlxaq Bankı” ASC kredit portfelini son 6 ayda 19%-dək artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın cari ilin II rübündə kredit portfelinin həcmi 4 milyard 187,9 milyon manat olub. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 657,3 milyon manat, yaxud 18,6% çoxdur.
Bunun da 1 milyard 160,5 milyon manatını istehlak, 1 milyard 981,3 milyon manatını biznes, 1 milyard 46,1 milyon manatını daşınmaz əmlak kreditləri təşkil edib.
Ötən ilin sonundan bu yanadək istehlak kreditlərinin həcmi 187,8 milyon manat, yəni 19,3%, biznes kreditlərinin həcmi 343,3 milyon manat (21,0%), daşınmaz əmlak kreditlərinin həcmi 126,2 milyon manat (13,7%) artıb.
Ümumilikdə bu dövrdə mümkün zərərlər üçün 331 milyon 43 min manat həcmində ehtiyat vəsaiti yaradılıb. Müştərilərə 3 milyard 856 milyon 894 min manat xalis kredit verilib.