Muğanbank müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədilə filial şəbəkəsini genişləndirərək, Bakı şəhərində yeni “Universal” filialını açıb.
Eləcə də bax: “Muğanbank Çek”in 33-cü tirajının - VAXTI DƏYİŞDİ
Bankdan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, filial fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hesablaşma-kassa əməliyyatları, sənədli əməliyyatlar, Muğanbank çek, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edir.
Muğanbankın yeni filialı Baki şəhəri, N.Nərimanov prospekti,127 ünvanında yerləşir.”Universal” filialı həftənin beş günü (bazar ertəsi-cümə) saat 9.00-dan 17.00-a kimi (COVID-19 pandemiyasına qarşı mübarizədə gücləndirilmiş karantin rejimi ilə əlaqədar saat 14:00-a kimi) müştəriləri qəbul edir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.