Azərbaycanda istehlak kreditlərinin faiz dərəcələrində qismən azalma müşahidə edilib.
Eləcə də bax: Azərbaycanda hansı banklar istehlak krediti verir? - ŞƏRTLƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 1 iyul 2020-ci il tarixinə olan hesabatda qeyd edilir.
Kredit kartı vasitəsilə verilən kreditlər milli valyutada 23%, ABŞ dollarında 11% və digər valyutalarda isə 14% təşkil edib. Bildirək ki, cari ilin əvvəlində bu 23%, 10% və 14% idi.
Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər milli valyutada 22%, ABŞ dollarında 11% idi. İlin əvvəli ilə müqayisədə manatda 1% bəndi düşüb.
Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər manatda 21% və dollarda 13% təşkil edib ki, ilin əvvəli ilə müqayisədə dəyişilməzdir.
Avtomobil kreditləri manatda 18%, dollarda 16% təşkil edib ki, ilin əvvəli ilə müqayisədə dəyişilməzdir.