Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.
Eləcə də bax: Ehtiyat ayırmalarının kredit portfelinə nisbəti üzrə - BANKLARIN RENKİNQİ (30.09.2020)
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (2 milyard 228 milyon 984 min manat), "PAŞA Bank" (2 milyard 2 milyon 811 min manat), "Kapital Bank" (1 milyard 940 milyon 21 min manat) və "Xalq Bank"dır (1 milyard 503 milyon 7 min manat).
Qalan 22 bankdan 18-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.
5 bankın kredit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə kredit portfeli illik müqayisədə az olub. Bunlar "Xalq Bank", "Muğan Bank", "Azər-Türk Bank", "Access Bank" və “Yapı Kredi Bank Azərbaycan”dır.
Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (22,1%), ən az azalma isə "Xalq Bank"da (2,7%) qeydə alınıb.
Qalan 21 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Unibank"da (67,8%), ən aşağı dinamika isə "Bank Respublika"da (0,7%) qeydə alınıb.(Renkinq)