Oktyabrın 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 7-ci Zirvə Görüşü çərçivəsində Biznes Forum keçirilib.
FED.az xəbər verir ki, biznes forum çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə Türkiyənin “Ziraat Bank Azərbaycan” ASC və “Türkiyə İhracat Bankası” (TurkEximbank) arasında əməkdaşlığa dair Niyyət Protokolu, eləcə də KOBİA ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA), Türk Katılım Bankları Birliyi (TKBB) və Özbəkistanın İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi arasında 3 anlaşma memorandumu imzalanıb.
Sənədlər KOBİA ilə Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar yaradacaq, birgə səylər nəticəsində KOB-lar üçün qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi təmin olunacaqdır.