“Kapital Bank”ın geridə qoyduğumuz 2019-cu ildə ən çox kimlərə kredit verdiyi açıqlanıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Kapital Bank” 2019-cu ildə ümumilikdə 1 milyard 821,2 milyon manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 320,3 milyon manat və ya 21,3% çoxdur. Belə ki, 2018-ci ildə bank müştərilərinə 1 milyard 501 milyon manat kredit verib.
Eləcə də bax:Azərbaycanın aparıcı bankı kredit verilməsini – DAYANDIRIB - AÇIQLAMA
Bank kredit portfelindən 1 milyard 334,8 milyon manatı istehlak kreditlərinə verib. Bu da ümumi kredit portfelinin 73,3% -i deməkdir.
Qeyd edək ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Kapital Bank” 346,6 milyon manat və ya 35,1% daha çox kredit verib. Məlumat üçün bildirək ki, 2018-ci ildə bankın istehlak kreditlərinə ayırdığı məbləğ 988,1 milyon manat olmuşdu.
2019-cu ildə bank biznesə 433,9 milyon manat kredit verib. Bu da 2018-ci ilin yekunu ilə müqayisədə 37,3 milyon manat və ya 7,9% azdır. Hesabatda göstərilir ki, bank 2018-ci ildə biznesə 471,2 milyon manat kredit ayırmışdı.
Bank istehlak və biznes kreditləri ilə yanaşı daşınmaz əmlak sektoruna da kredit ayırıb. Belə ki, 2019-cu ildə bank daşınmaz əmlak sektoruna 52,5 milyon manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 11 milyon manat və ya 26,6% çoxdur.