Azərbaycanın aparıcı banklarından olan «Premium Bank» kredit verilməsini dayandırıb.
Eləcə də bax: Azərbaycanda bankların - ETİBAR ETDİYİ VƏ ETMƏDİYİ MÜŞTƏRİLƏR - SİYAHI
Bu barədə FED.az-a bankın özündən bildirilib. «Premium Bank»a biznes kreditləri üçün müraciət edən müştəriyə bankın kredit verilməsini dayandırdığı bildirilib. Bankdan bildirilib ki, bütün kreditlərin verilməsi dayandırılıb, amma bunun səbəbi açıqlanmayıb.
Məsələ ilə bağlı FED.az-a açıqlama verən «Premium Bank»ın ictimaiyyətlə əlaqələr şöbəsi kredit verilməsi barədə məlumatı təkzib edib. Buradan bildirilib ki, bankda kreditlər verilir, amma kreditin şərtləri yalnız müraciət araşdırılandan sonra açıqlanacaq: «Yalnız lazımi sənədlərlə birlikdə müracit edəndən sonra məlum olacaq ki, kredit verilir ya yox».
Eləcə də bax: Kredit istəyən hər 3 nəfərdən 2-si bankdan əliboş qayıdıb - RUSİYADA
Bununla yanaşı, FED.az-ın növbəti dəqiqləşdirməsi zamanı «Premium Bank»ın kredit verilişini dayandırdığı dəqiqləşib. Bankdan bildirilib ki, kreditləşmə yaxın zamanda yeni şərtlərlə bərpa oluna bilər, amma dəqiq vaxtı məlum deyil.