“Kapital Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoruna yeni müavin təyin edilib.
Eləcə də bax: “Prior Credit BOKT”un rəhbəri dəyişdi - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Xıdır Mahmudxanovdur.
X.Mahmudxanov 2008-ci ildən Gürcüstan bankının Azərbaycandakı törəmə kredit təşkilatı “TBC Kredit” BOKT-da kredit inzibatçısı kimi başlamış, 2012-ci ildən 2018-ci ilə qədər Kredit riskləri departamentinə rəhbər vəzifəsinə qədər yüksəlmiş, 2018-ci ildən 2020-ci ilin yanvarına qədər isə “Yelo Bank” ASC-də Pərakəndə risklərin idarə edilməsi departamentində direktor kimi çalışıb.
Xıdır Mahmudxanov ABŞ-ın Stonier Bank Məktəbində və Maastricht School of Management universitetində MBA dərəcəsi üzrə təhsil almışdır.